Modern.az

Minə yaxın ev KÜLƏ DÖNDÜ

Minə yaxın ev KÜLƏ DÖNDÜ

Dünya

24 Noyabr 2024, 14:42

Filippinin paytaxtı Manila şəhərində güclü yanğın nəticəsində minə yaxın ev külə dönüb.

 

Modern.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

 

Manilanın Yanğın İdarəsi bildirib ki, yanğın evlərdən birinin ikinci mərtəbəsində başlayıb və qısa müddət ərzində digər mənzillərə yayılıb. Yanğının baş verdiyi ərazidə iki minə yaxın ailə yaşayırmış. Ölən və yaralananlar barədə məlumat verilmir.

 

Yanğının söndürülməsinə 36 yük maşını, 4 yanğınsöndürən qayıq, ölkənin hərbi hava qüvvələrinin iki helikopteri cəlb edilib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi