Litvanın paytaxtı Vilnüsdə yaşayış binalarının üzərinə düşən təyyarənin pilotu həyatını itirib.
Modern.az LRT telekanalına istinadən xəbər verir ki, xilasedicilər təyyarənin pilotunu təyyarənin qalıqları altından çıxarıblar.
O, özünə gəlsə də, bir neçə dəqiqə sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daha iki nəfər isə xəstəxanaya çatdırılıb.
***
09:40
Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə aeroportun sözçüsü Marius Zelanius bildirib.
"DHL şirkətinin təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub", - deyə o qeyd edib.
Pilotlardan biri xilas edilib. Təyyarədəki digər şəxslər barədə hələlik məlumat yoxdur.