Modern.az

Vatsapda bu da mümkün oldu

Vatsapda bu da mümkün oldu

Dünya

26 Noyabr 2024, 07:56

Vatsap mesajlaşma tətbiqinə növbəti yenilik gəlib.

 

Modern.az xəbər verir ki, bu haqda “WABetaInfo” portalı məlumat yayıb.

 

Yeni dəyişikliyə görə, siz qrup söhbətlərində ana ekranda yer alan ikona toxunaraq üzvlərlə audiosöhbət edə bilərsiniz.

 

Bu halda qrupdakı şəxslərə zəng yox, sadəcə sizin audiosöhbət etmək istədiyinizlə bağlı ismarıc göndəriləcək.

 

Qeyd edək ki, sözügedən dəyişiklik “Android” və iOs proqram təminatı ilə işləyən smartfonlarda artıq aktivləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular