Modern.az

Bayden və Makron “Hizbullah”la İsrail arasında atəşkəs elan edəcək

Bayden və Makron “Hizbullah”la İsrail arasında atəşkəs elan edəcək

Dünya

26 Noyabr 2024, 09:08

ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun yaxın 24 saat ərzində Livan “Hizbullah”ı ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Livandan olan dörd yüksək vəzifəli mənbə bildirib.

Fransa prezident administrasiyasındakı mənbə bildirib ki, Livanda atəşkəslə bağlı müzakirələr əhəmiyyətli irəliləyiş əldə edib.

“Biz  amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, - açıqlamada deyilir.

Daha əvvəl “Asharq al-Awsat” qəzeti Bayden və Makronun çərşənbə axşamı günü 60 günlük atəşkəs elan edəcəyini yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu