Modern.az

İsrail 2 dəqiqəyə Hizbullahın 20 hədəfini vurdu

İsrail 2 dəqiqəyə Hizbullahın 20 hədəfini vurdu

Dünya

26 Noyabr 2024, 18:53

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

 

Qeyd olunub ki, hücum zamanı iki dəqiqə ərzində Hizbullahın 20 hədəfi vurulub.

 

"İsrail Müdafiə Qüvvələri səkkiz qırıcıdan istifadə etməklə Beyrutdakı 20 terrorçu hədəfə zərbələri cəmi 120 saniyəyə tamamlayıb", - məlumatda deyilir.

 

Hərbçilərin məlumatına görə, vurulanlar arasında 13-ü hərbi hədəfdir və onlar Hizbullahın yerləşdiyi Beyrutun Dahiya əyalətində olub. Hərbi hədəflərə kəşfiyyat qərargahları, komanda məntəqələri, hava hücumundan müdafiə mərkəzi, silah anbarları və digər hərbi infrastruktur obyektləri daxildir.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?