Modern.az

Ermənistan xüsusi təyinatlılarına yeni komandan təyin edildi 

Ermənistan xüsusi təyinatlılarına yeni komandan təyin edildi 

27 Noyabr 2024, 18:57

Ermənistanın müvafiq ordu birləşmələrinə yeni komandanlar təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında prezident Vaaqn Xaçaturyan imzalayıb.

 

Sənədə əsasən, polkovnik Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə gətirilib.

 

Digər sərəncamlarla general-mayor Aleksandr Tsakanyan Baş Qərargahın Əməliyyat Baş İdarəsi rəisinin birinci müavini, polkovnik Simon Nazaryan 3-cü, digər polkovnik Qaqik Poqosyan isə 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

 

Digər sərəncamla Müdafiə Nazirliyi nəzdində Milli Tədqiqat Universitetinə rəhbərlik general-mayor Albert Baqdadyana həvalə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü