Modern.az

Acun İlıcalı cərimələndi - SƏBƏB

Acun İlıcalı cərimələndi - SƏBƏB

Dünya

27 Noyabr 2024, 19:16

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) biznesmen Acun İlıcalıya məxsus "Exxen" və TV8 kanallarını cərimələyib.

 

Modern.az xəbər verir ki, buna səbəb kanalların 19 noyabrda Monteneqro - Türkiyə matçında meydanda olan reklam lövhələrində qeyri-qanuni mərc saytlarını təbliğ etmələri olub.

 

Şura onlara 3 faiz inzibati cərimə kəsilməsinə qərar verib.

 

Acun xaricdə oynanılan matçların reklam lövhələrinin satışının ev sahibi ölkəyə aid olduğunu bildirib: "İsrarla başa düşməyən, anlamaq istəməyənlər üçün bir daha deyək. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına aiddir. Necə ki, Türkiyədə oynanan milli matçların reklam lövhələri Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının meydançadakı reklam lövhələrinin satışı Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi