Modern.az

İki ölkə arasında SAZİŞ imzalandı

İki ölkə arasında SAZİŞ imzalandı

Dünya

29 Noyabr 2024, 22:23

Böyük Britaniya və İraq arasında insan alveri ilə məşğul olan cinayətkar qruplara qarşı mübarizə aparmaq və sərhəd əməkdaşlığını gücləndirmək məqsədilə təhlükəsizlik razılaşması imzalanıb.

 

Modern.az xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper açıqlamasında bu qrupların təhlükəli kiçik qayıqlarla miqrantların daşınmasından qazanc əldə etdiyini və fəaliyyətlərinin Fransadan Almaniyaya, Avropa boyunca İraqa qədər uzandığını bildirib.

 

Razılaşma çərçivəsində Böyük Britaniya İraq hüquq-mühafizə orqanlarının sərhəd təhlükəsizliyi sahəsində təlim keçməsi üçün 300 min funt sterlinqə qədər maliyyə yardımı göstərəcək.

 

Britaniya Daxili İşlər Nazirliyi razılaşmanı iki ölkə arasında insan alveri və ciddi təşkilatlanmış cinayətkarlığa qarşı ən böyük əməliyyat paketi kimi qiymətləndirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi