Modern.az

Gürcüstanın ABŞ-dəki səfiri də istefa verdi - YENİLƏNİB

Gürcüstanın ABŞ-dəki səfiri də istefa verdi - YENİLƏNİB

Dünya

30 Noyabr 2024, 23:27

Gürcüstanın ABŞ-dəki səfiri istefa verib.

 

Modern.az xəbər verir ki, David Zalkaliani hakimiyyətin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırmaq qərarını pisləyib.

 

***

 

Gürcüstanın Niderlanddakı səfiri istefa verib.

 

Modern.az xəbər verir ki, ölkənin Niderlanddakı səfiri David Solomonia hakimiyyətin Avropa İttifaqına inteqrasiyasının dayandırılması fonunda vəzifədən getdiyini açıqlayıb.

 

“Gürcüstanın diplomatik xidmətində 30 illik fəaliyyətimin böyük bir hissəsi Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. Peşəkar məsuliyyətləriniz həyat seçimlərinizlə üst-üstə düşərsə, bu böyük xoşbəxtlikdir. Proseslərə az da olsa təsir edə biləcəyimə inandığım müddətcə xidməti vəzifələrimi ciddi şəkildə yerinə yetirdim. Bu gün bu ümid sona çatdı”, - deyə səfir açıqlamasında bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri də eyni səbəbdən istefa verib.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi