Modern.az

Gürcüstanda 8 rus tutuldu

Gürcüstanda 8 rus tutuldu

30 Noyabr 2024, 21:44

Gürcüstanda etiraz aksiyaları zamanı 10 əcnəbi saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "İmedi" telekanalı məlumat yayıb.

 

Saxlanılanlar arasında səkkiz rus, bir belarus və bir amerikalı var. Telekanalın məlumatına görə, onların hamısı xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunur.

 

Qeyd edək ki, noyabrın 28-dən ölkədə etiraz dalğası keçirilir. Moyabrın 30-da Tbilisi, Batumi, Kutaisi, Poti, Telavi və digər şəhərlərdə etiraz aksiyaları yenidən başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək