Modern.az

Tbilisidə barikadalar quruldu: parlamentin şüşələri SINDIRILDI - VİDEO

Tbilisidə barikadalar quruldu: parlamentin şüşələri SINDIRILDI - VİDEO

Dünya

30 Noyabr 2024, 23:22

Tbilisidə etirazçılar parlament binası yaxınlığında barrikadalar qurublar.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Nümayişçilər yaxınlıqdakı səkilərdən qoparılan dəmir skamyalarla barikadaları möhkəmləndiriblər.

 

Etirazçılar bildirib, bu yolla onlar xüsusi təyinatlılara və onlara yönələ biləcəkləri su şırnaqlarna müqavimət göstərmək istəyirlər.

 

Hələlik polislə toqquşma olmayıb.

 

Qeyd edək ki, Tbilisidə hökumət əleyhinə mitinq keçirilir. Rustaveli prospektindəki parlament binasının önünə on minlərlə insan toplaşıb.

 

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, parlament binasının pəncərələrinə daş atıblar.

 

Qurumdan verilən məlumata görə, bəzi aksiya iştirakçılarının yanında pirotexniki vasitələr və ağır əşyalar olub. Hüquq-mühafizə orqanları toplaşanları etirazlarını dinc şəkildə bildirməyə çağırır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM