Modern.az

Tbilisidə etirazlar - Parlamentin binasına ciddi ziyan dəyib

Tbilisidə etirazlar - Parlamentin binasına ciddi ziyan dəyib

1 Dekabr 2024, 18:07

Gürcüstan parlamentində dünənki etiraz aksiyasından sonra 48 iş otağı zədələnib.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.

 

“Çiçinadze küçəsi və Rustaveli prospektindən aşağı mərtəbələrdə demək olar, bütün pəncərələr sındırılıb, ofis avadanlıqları zədələnib. Eyni zamanda Çiçinadze küçəsindən olan taxta qapı yanıb, istilik/soyutma sistemi zədələnib, anbar, kompüter laboratoriyası zədələnib, kafeteriya tamamilə məhv edilib, parlamentin xarici işıqlandırması kəsilib”, - o, mətbuat konfransında deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ