Modern.az

Dəhşətli qəza - 50 avtomobil toqquşdu

Dəhşətli qəza - 50 avtomobil toqquşdu

Dünya

1 Dekabr 2024, 18:51

Almaniyada 50 avtomobil toqquşub, 30-a yaxın adam xəsarət alıb.

 

Modern.az "Bild" qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində qeydə alınıb.

 

Qəza nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 8-nin vəziyyəti ağırdır.

 

Hadisəyə səbəb olan yük maşınının sürücüsü polisin dayanmaq tələbinə əməl etməyib və sürəti artırıb. Nəticədə qarşıdakı zolağa çıxan yük maşını bir neçə avtomobilə çırpılıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları 30 yaşlı sürücünü saxlayarkən onun sərxoş olduğu üzə çıxıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək