Modern.az

Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi

Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi

Dünya

1 Dekabr 2024, 19:23

ABŞ Dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı inkişafa qarşı olduğunu bildirib.

Söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi