Modern.az

Dünyada şərab istehsalı AZALIR - SƏBƏBLƏR

Dünyada şərab istehsalı AZALIR - SƏBƏBLƏR

1 Dekabr 2024, 21:27

2024-cü ildə dünya üzrə şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər.

Modern.az xəbər verir ki, bu məlumat Beynəlxalq Üzüm və Şərab Təşkilatının hesabatında yer alır.

Hesabat müəllifləri qeyd edirlər ki, 2024-cü ildə dünyada 235 milyon hektolitr şərab istehsalı gözlənilir ki, bu da 1961-ci ildən sonrakı dövrdə ən pis göstəricidir. Sözügedən ildə dünyada 220 milyon hektolitr şərab istehsal edilmişdi.

Şərab istehsalının 2023-cü illə müqayisədə 2 faiz, onillik dövr üzrə isə 13 faiz azalacağı proqnozlaşdırılır.

Hesabata görə istehsalın azalması əlverişsiz iqlim şərtləri – yazda uzunmüddətli yağışlar və yayda uzun müddət davam edən istilərlə əlaqədardır. Belə iqlim şəraiti zərərvericilərin artması ilə nəticələnir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!