Modern.az

Bayden oğlunu ƏFV ETDİ

Bayden oğlunu ƏFV ETDİ

2 Dekabr 2024, 07:44

ABŞ Prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə oğlu Hanteri əfv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bayden özü məlumat yayıb.

 

Hanter Bayden silah və vergidən yayınma hallarında əfv edilib. Birinci iş üzrə hökm dekabrın 12-də, ikinci iş üzrə isə dekabrın 16-da gözlənilirdi.

Ağ Ev rəhbərinin sözlərinə görə, oğluna qarşı irəli sürülən ittihamlar siyasi motivlidir.

 

Co Bayden əlavə edib ki, oğlunu əfv etmək qərarını çox düşündükdən sonra verib və bu qərarda təkcə qohumluq əlaqələri deyil, həm də məhkəmənin ədalətsiz olduğuna inanması rol oynayıb. "Mən ədalətə inanıram, amma inanıram ki, siyasət bu prosesə nüfuz edib və ədalətin pozulmasına gətirib çıxarıb", - ABŞ prezidenti deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir