Modern.az

PKK-nın rəhbər şəxsi məhv edildi - Türkiyə kəşfiyyatından ƏMƏLİYYAT

PKK-nın rəhbər şəxsi məhv edildi - Türkiyə kəşfiyyatından ƏMƏLİYYAT

Dünya

2 Dekabr 2024, 12:12

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada əməliyyat keçirib.

Modern.az TRT kanalına istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının rəhbər şəxslərindən birini məhv edib.

Məlumatda qeyd edilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Tel Rıfat bölgəsində keçirdiyi əməliyyatı nəticəsində PKK/YPG- terror qruplaşmasının sözdə liderlərindən Yaşar Çekiki zərərsizləşdirib.

Yaşar Çekik Türkiyə, İraq və Suriyada türk təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Axtarılanlar siyahısında qırmızı kateqoriyaya düşüb və həmçinin İnterpol tərəfindən qırmızı bülletenlə axtarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum