Modern.az

“Əgər mənim andiçməmə qədər girovlar buraxılmasa...” - Tramp hədələdi

“Əgər mənim andiçməmə qədər girovlar buraxılmasa...” - Tramp hədələdi

3 Dekabr 2024, 08:55

ABŞ-ın yeni seçilmiş prezident Donald Tramp bildirib ki, əgər onun andiçmə mərasiminə qədər Qəzzadakı girovlar azad edilməsə, Yaxın Şərqdə "dəhşətli haqq-hesab" olacaq.

Modern.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Hamı Yaxın Şərqdə girovların qəddar, qeyri-insani və bütün dünyanın iradəsinə zidd tutulmasından danışır. Amma hər şey danışıqdır, hərəkət yoxdur!

Əgər girovlar 2025-ci il yanvarın 20-nə qədər, yəni qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsinə keçdiyim tarixə kimi azad edilməsələr, Yaxın Şərqdə insanlığa qarşı törədilən bu vəhşiliklərə görə məsuliyyət daşıyanlar üçün dəhşətli hesab sorulacaq.

Məsul olanlar Amerika Birləşmiş Ştatlarının uzun və şərəfli tarixində hamıdan çox əziyyət çəkəcəklər”, - deyə Tramp təhdidlə bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış