Modern.az

Kansler gümüşü çemodanda nələr daşıyırmış...

Kansler gümüşü çemodanda nələr daşıyırmış...

Dünya

3 Dekabr 2024, 11:10

Almaniya kansleri Olaf Şolts Kiyevə səfəri zamanı əlində götürdüyü çemodan müzakirələrə səbəb olub.

Modern.az-ın məlumatına görə, kanslerin gümüşü rəngli çemodanında nələrin ola biləcəyi barədə fikirlər irəli sürülüb.

Mətbuatda çemodanın “Rimova” brendə məxsus olduğu bildirilir. NTV kanalının məlumatına görə, onun çemodanında kofe və sendviçlər olan termos olduğu ehtimal edilir.

Zelenski ilə mətbuat konfransında Şoltsdan çemodanda nə olduğu soruşulub. O, səyahət əşyalarını daşıdığını bildirib.

Xatırladaq ki, Almaniya kansleri dünən, dekabrın 2-də Ukraynanın paytaxtına səfər edib. O, Almaniya hakimiyyətinin Kiyevə dəstəyinin zəifləməyəcəyinə söz verib. 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi