Modern.az

Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi - YENİLƏNİB

Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi - YENİLƏNİB

3 Dekabr 2024, 19:31

Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra ölkə parlamentinin binasına giriş-çıxış bağlanıb.

 

Modern.az "Yonhap"a istinadən xəbər verir ki, müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb və deputatları toplamaq qərarına gəlib.

 

Koreya Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilib. Hərbi vəziyyət müddətində Pak An Su parlamentin, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub. Həmçinin, regional parlamentlərin fəaliyyəti də qadağan edilib.

 

Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika görüntülənib.

***

17:45

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq edildiyini elan edib.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Prezident ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi