Modern.az

Türkiyə ordusu İraqda 9 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqda 9 terrorçunu zərərsizləşdirib

Dünya

4 Dekabr 2024, 14:16

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında keçirilən hava əməliyyatları nəticəsində Hakurk bölgəsində 6, Qara bölgəsində isə 3 PKK terrorçusu zərərsizləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalına 29 noyabr - 1 dekabr 2024-cü il tarixlərində təşkil edilən hava əməliyyatları nəticəsində Hakurk bölgəsində 6 və Qara bölgəsində 3 PKK-lı terrorçu olmaqla, ümumilikdə 9 PKK-lı terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri terror təşkilatlarına qarşı sərhəd bölgələrində əməliyyatlarını davam etdirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!