Modern.az

Putindən sonra Lavrovdan da müsahibə aldı

Putindən sonra Lavrovdan da müsahibə aldı

Dünya

5 Dekabr 2024, 15:11

Amerikalı jurnalist Taker Karlson Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə götürüb.

Modern.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, müsahibə dekabrın 6-na keçən gecə dərc olunacaq.

Qeyd edək ki, Taker Karlson bu həftə Moskvaya gedib. Bildirilir ki, Karlson digər məsələlərlə yanaşı, Rusiya nazirinə ABŞ və Ukrayna ilə münasibətlər barədə sual verib.

Karlson fevral ayında Moskvada Rusiya Prezidenti Vladimir Putindən müsahibə götürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular