Modern.az

“Rəsmi olaraq, biz müharibə şəraitində deyilik”

“Rəsmi olaraq, biz müharibə şəraitində deyilik”

Dünya

6 Dekabr 2024, 14:01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı teleaparıcı Taker Karlsona müsahibə verib.

Modern.az-ın məlumatına görə, Lavrov bildirib ki, o, Rusiya və ABŞ-ın hazırda müharibə vəziyyətində olduğuna inanmır.

“Rəsmi olaraq, biz müharibə şəraitində deyilik. Bəziləri Ukraynada baş verənləri hibrid müharibə adlandırır. Mən də belə adlandırardım. Aydındır ki, ukraynalılar qabaqcıl uzaqmənzilli silahlarla etdiklərini Amerika hərbçilərinin birbaşa iştirakı olmadan edə bilməzdilər. Bu təhlükəlidir. Buna heç bir şübhə yoxdur”, - Lavrov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi