Modern.az

Türkiyədə məşhur aşpaz HƏBS EDİLDİ

Türkiyədə məşhur aşpaz HƏBS EDİLDİ

6 Dekabr 2024, 16:50

Türkiyənin tanımış aşpazı Somer Sivrioğlu həbs olunub.

Modern.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, "Masterchef" proqramının münsiflər heyətində təmsil olunan aşpaz 5 ildən çox müddətə azadlıqdan məhrum edilib.

O, 2022-ci ildə İstanbulda Etiler məhəlləsində yerləşən restoranın qarşısında baş verən faciəyə görə hakim qarşısına çıxıb. Restoran divarının uçması nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Sivrioğlu və onunla bərabər ittiham olunan digər şəxslər divarın uçması nəticəsində insanların ölümü və ya yaralanması ehtimalını nəzərə almadan, təmir və ya gücləndirilmə işlərini aparmadan divarı istifadə etməyə davam ediblər.

Məhkəmə Somer Sivrioğlu barəsində 5 il 6 ay 20 gün həbs qərarı verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var