Modern.az

Bu ölkə Suriya ilə sərhədi BAĞLAYIR

Bu ölkə Suriya ilə sərhədi BAĞLAYIR

Dünya

6 Dekabr 2024, 19:47

İordaniya Suriya ilə sərhədi bağlayır.

 

Modern.az xəbər verir ki, bu barədə İordaniya daxili işlər naziri Mazen əl-Faraya qərar verib.

 

O, Suriyanın Dəraa şəhərindən 15 km cənubda yerləşən sərhəddəki Nəsib əsas nəzarət-buraxılış məntəqəsinin bağlanması barədə göstəriş verib.

 

Qərar hökumət əleyhinə qüvvələrin hücumunun davam etdiyi Suriyanın cənubunda təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən qəbul edilib.

 

Bundan bir qədər əvvəl “Reuters” Suriya ordusundakı mənbəyə istinadən yazıb ki, İordaniya və Suriya sərhədindəki Nəsib keçid məntəqəsi silahlılar tərəfindən atəşə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!