Modern.az

Hakim partiyanın namizədi qeydə alındı

Hakim partiyanın namizədi qeydə alındı

7 Dekabr 2024, 20:22

Gürcüstan Mərkəzi Seçki Komissiyası Mixail Kavelaşvilini rəsmən prezidentliyə namizəd kimi qeydə alıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, o, hazırda prezidentliyə yeganə namizəddir.

 

Müxalifət seçkilərdə iştirakdan imtina edib və öz namizədini açıqlamayıb.

 

Namizədlərin qeydiyyatı müddəti dekabrın 8-də başa çatır.

 

Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək, inauqurasiya mərasimi isə 29 dekabrda baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var