Modern.az

Tramp Zelenski ilə GÖRÜŞDÜ - VİDEO

Tramp Zelenski ilə GÖRÜŞDÜ - VİDEO

7 Dekabr 2024, 21:46

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Parisdə baş tutub.

 

Onlar xarici liderlərlə birlikdə 2019-cu ildə yanğından sonra yenidən tikilmiş Notr-Dam kilsəsinin təntənəli açılışında iştirak edirlər.

 

Yelisey sarayının mətbuat xidmətindən verilən məlumata görə, görüş üçtərəfli formatda keçirilib, Fransa prezidenti Emmanuel Makron da görüşdə iştirak edib.

 

Bu, Trampın seçkilərdə qələbəsindən sonra onun Zelenski ilə ilk görüşüdür.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi