Modern.az

Bəşər Əsəd və ailəsinin yeri MƏLUM OLDU

Bəşər Əsəd və ailəsinin yeri MƏLUM OLDU

Dünya

8 Dekabr 2024, 21:51

Suriyadan qaçan prezident Bəşər Əsədin yeri məlum olub.

Modern.az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

Agentlik Kremldəki mənbələrə istinadən bildirir ki, Əsəd və ailəsi Moskvadadır.

Məlumata görə, Rusiya Federasiyası onlara sığınacaq verib.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi