Modern.az

Suriya səfirliyində bayraq götürüldü

Suriya səfirliyində bayraq götürüldü

8 Dekabr 2024, 22:41

Suriyanın Rusiyadakı səfirliyinin binası üzərindəki bayraq götürülüb.

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, binanın üzərindəki diplomatik missiyanın adı yazılmış lövhə götürülüb.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?