Modern.az

Xaricdəki suriyalılar Əsədin gedişini belə qeyd etdilər - FOTO

Xaricdəki suriyalılar Əsədin gedişini belə qeyd etdilər - FOTO

Dünya

9 Dekabr 2024, 00:22

Müxtəlif ölkələrdə yaşayan suriyalılar Bəşər Əsədin devrilməsini bayram kimi qeyd ediblər.

Modern.az-ın məlumatına görə, Suriyanın Madriddəki səfirliyi qarşısında təxminən 150 nəfər toplaşıb və onlar hakimiyyəti ələ keçirən qüvvələrin istifadə etdiyi üç ulduzlu qara, yaşıl və ağ bayrağı qaldırıb.

"Bu, bütün Suriya xalqı üçün yaddaqalan gündür. 8 dekabr 2024-cü il. Biz bütün Suriya xalqı üçün azad bir ölkə yaradacağıq", - səfirlik qarşısında suriyalılardan biri "Reuters"ə deyib.

Suriyanın Afinadakı səfirliyində Əsədin dövründə istifadə edilən bayraq endirilib. "Sevincimiz təsvir olunmazdır, 55 illik dəhşətli diktatura nəhayət başa çatdı", - səfirliyin önündə televiziyaya danışan suriyalı bildirib.

Yunan mediası bildirib ki, etirazçılar Əsədin səfirlikdəki portretini də cırıblar.

Suriya müxalifətinin bir neçə tərəfdarı Serbiyanın paytaxtı Belqraddakı səfirliyin qarşısında toplaşıb və yeni bayrağı dağalandırıblar.

Suriyanın Stokholmdakı səfirliyində də üç ulduzlu “Suriya inqilabı bayrağı” qaldırılıb.

 

1401686

1401687

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var