Modern.az

İsrail tankları Dəməşqə YAXINLAŞIB

İsrail tankları Dəməşqə YAXINLAŞIB

Dünya

10 Dekabr 2024, 09:59

İsrail tankları bufer zonadan kənara çıxıb və Suriyanın cənubundakı Katana qəsəbəsi yaxınlığında yerləşdirilib.

Modern.az-ın məlumatına görə, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilir ki, sözügedən qəsəbə Dəməşqdən 21 km aralıda yerləşir.

Kanalın məlumatına görə, İsrail əsgərləri Dəməşqin kənarındakı bir neçə kəndə daxil olub. İsrail ordusu bundan əvvəl quru əməliyyatlarını bufer zonadan kənarda deyil, yalnız onun daxilində keçirməyi planlaşdırdığını bildirib.

İsrail qırıcıları Suriyada hakimiyyət dəyişikliyindən sonra 250-dən çox hərbi obyektə zərbələr endirib. İsrail ordusunun "Galei IDF" radiosunun mənbəsi baş verənləri İsrail Hərbi Hava Qüvvələrinin tarixindəki ən böyük hücum əməliyyatlarından biri adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi