Modern.az

Ərdoğan kanslerlə Suriyanı müzakirə etdi

Ərdoğan kanslerlə Suriyanı müzakirə etdi

Dünya

10 Dekabr 2024, 23:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Telefon danışığı zamanı Suriyadakı son vəziyyət, regional və qlobal hadisələr müzakirə edilib.

Ərdoğan yeni prosesin Suriyanın birliyi, həmrəyliyi və ərazi bütövlüyü üçün əhəmiyyətli olduğunu və Türkiyənin terrordan təmizlənmiş Suriya hədəfi ilə işləməyə davam edəcəyini bildirib.

O, ölkədə gedən vətəndaş müharibəsi səbəbindən vətənindən qopmuş suriyalıların geri qayıtması üçün lazımi və kifayət qədər şəraitin yaradılmasının Türkiyənin prioritet vəzifəsi olduğunu bildirib. 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!