Modern.az

Rusiyada nazir qəzaya düşdü - Ölən var

Rusiyada nazir qəzaya düşdü - Ölən var

11 Dekabr 2024, 13:32

Rusiyanın Mordoviya Respublikasının mədəniyyət naziri Svetlana Baulina qəzaya düşüb.

Modern.az xəbər verir ki, bu barədə Mordoviya qubernatoru Artem Zdunov bildirib.

O qeyd edib ki, hadisə nəticəsində xidməti avtomobilin sürücüsü ölüb, nazir xəstəxanaya yerləşdirilib .

Məlumata görə, qəza M-5 avtomobil yolunda baş verib. Nazir ezamiyyətdə olduğu Ryazandan qayıdırmış. 

“İzvestiya Mordoviya” nəşri Dövlət Yol Müfəttişliyinin məlumatlarına istinadən qəzanın yerli vaxtla saat 21:55-də baş verdiyinə aydınlıq gətirib. "Skoda Octavia" markalı avtomobil 49 yaşlı kişinin idarə etdiyi "Renault Premium" yarımqoşqusu ilə toqquşub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!