Modern.az

Ərdoğan onları barışdırdı

Ərdoğan onları barışdırdı

Dünya

12 Dekabr 2024, 14:53

Somali ilə Efiopiya arasında yaranan böhran Türkiyədə həll edilib.

Modern.az TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Somali Prezidenti Həsən Şeyh Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd arasında üçtərəfli görüş keçirilib.

"Somali ilə Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq", - Ərdoğan bildirib.

Somali və Efiopiya liderləri  iki ölkə arasındakı münaqişənin həlli istiqamətində göstərdikləri səylərə görə Türkiyə və Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

Qeyd edək ki, iki ölkə arasında uzun müddətdir gərginlik davam edirdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək