Modern.az

Dəməşqdə komendant saatı ləğv edildi

Dəməşqdə komendant saatı ləğv edildi

Dünya

11 Dekabr 2024, 18:24

Suriyada hakimiyyətə gələn qüvvələr Dəməşqdə komendant saatını ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar İdarəsi məlumat yayıb.

 

“Hörmətli Dəməşq şəhərinin və eyniadlı vilayətin sakinləri, nəzərinizə çatdırırıq ki, hərbi əməliyyatlar idarəsi şəhərdə komendant saatını ləğv edib”, - məlumatda bildirilib.

 

“Vətəndaşlarımızı işlərinə və qurumlarına qayıtmağa, yeni Suriyanın qurulmasında bizə qoşulmağa çağırırıq”, - İdarənin bəyanatında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək