ABŞ dövlət katibi Antoni Blinken Türkiyədə səfərdədir.
Modern.az TRT-yə istinadən xəbər verir ki, o, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdə Türkiyə hökumətinin bir sıra nümayəndələri də iştirak edib.
Blinkenin Türkiyə ilə təmasları çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə ayrıca görüşü gözlənilir.
ABŞ Dövlət Departamentinin səfərdən əvvəl verdiyi açıqlamada, görüşlərdə Suriyada mümkün keçid prosesinin və Qəzzada atəşkəsin müzakirə ediləcəyi bildirilib.