Modern.az

Gürcüstan parlamentindən Brüsselə sərt CAVAB

Gürcüstan parlamentindən Brüsselə sərt CAVAB

13 Dekabr 2024, 12:29

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze Brüsselin Gürcüstanın daxili işlər naziri və yüksək rütbəli polis zabitlərinə qarşı sanksiyalar tətbiq etmək təklifini tənqid edib.

Modern.az-ın məlumatına görə, o, sözügedən təklifi hədsiz və əsassız adlandırıb

“Ölkəsinin mənafeyinin keşiyində duran, ölkəmizdə əmin-amanlığın təmin olunmasına çalışan, yalnız öz xalqına xidmət edən insanların bu işə görə cəzalandırılması ağlasığmazdır. Bu cür qeyri-bərabər münasibətin olması və insanları sırf öz vətənlərini sevdiklərinə görə barmağını göstərib cəzalandırmaq qəti şəkildə qəbuledilməzdir”, - Qorduladze bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!