Modern.az

Putin Kadırova orden təqdim etdi

Putin Kadırova orden təqdim etdi

13 Dekabr 2024, 19:56

Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova 2-ci dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə "ChGTRK Qroznı" məlumat yayıb.

 

Çeçenistan rəhbərinin təltif edilməsi haqqında fərmanı Putin 2024-cü ilin fevralında imzalayıb.

 

Sərəncamda deyilir ki, Kadırov “Rusiya dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin müdafiə qabiliyyətinin və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə” ordenlə təltif edilib.

 

Qeyd edək ki, Çeçenistan rəhbəri 2006-cı ildə IV dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni alıb. 2021-ci ildə Vladimir Putin cənab Kadırovu üçüncü dərəcəli eyni ordenlə təltif edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi