Modern.az

Üsyançı lider Suriya prezidenti olmaq İSTƏYİR

Üsyançı lider Suriya prezidenti olmaq İSTƏYİR

14 Dekabr 2024, 22:43

Suriyada hakimiyyəti ələ alan silahlı qrupların lideri Əhməd əl-Şaraa (ləqəbi Əbu Məhəmməd əl-Culani) ölkə başçısı olmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Araby” telekanalı məlumat yayıb.

 

O bildirib ki, Suriya vətəndaşları və ya onun ətrafındakılar xahiş edərsə, Suriya prezidentliyinə namizədliyini irəli sürməyə hazırdır.

 

“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri söyləyib.

 

Qeyd edək ki, noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” (HTŞ) silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!