Modern.az

Rusiyada ZƏLZƏLƏ

Rusiyada ZƏLZƏLƏ

Dünya

15 Dekabr 2024, 09:01

Rusyanın Kamçatka yarımadasının Kronotsk körfəzində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

 

"Bu gün dekabrın 15-də səhər Kronotsk körfəzinin akvatoriyasında 5,4 maqnitudalı seysmik hadisə baş verib. Zəlzələ ocağı 123 km dərinlikdə, episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib", - məlumatda deyilir.

 

Yeraltı təkanlar Petropavlovsk-Kamçatka və Vilyuçinsk şəhər dairələrində, həmçinin Yelizovsk rayonunda iki maqnitudada hiss olunub.

 

Sunami təhlükəsi elan edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum