Modern.az

İvanovun həbs müddəti uzadıldı

İvanovun həbs müddəti uzadıldı

17 Dekabr 2024, 20:35

Moskvanın Basmannı məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun həbs müddətini martın 23-dək uzadıb.

 

Modern.az xəbər verir ki. bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

 

“Timur Vadimoviç İvanovun həbs müddətinin martın 23-dək uzadılması ilə bağlı müstəntiqin vəsatəti təmin edilib”, - hakim Timur Vaxromeyev qərarı elan edib.

 

İclas İvanovun rüşvət alması, Kerç keçidi üçün bərələrin satışı ilə bağlı 200 milyon rubldan çox vəsaitin mənimsənilməsi və dağılmış İnterkommerts bankından 3,2 milyard rublun oğurlanması işi üzrə keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi