Modern.az

Suriya tarixində yeni bir dövr açılıb

Suriya tarixində yeni bir dövr açılıb

18 Dekabr 2024, 22:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın sabitliyi və təhlükəsizliyinin bütün region üçün təmin edilməsinin əhəmiyyətli olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, Ankarada Livanın Baş naziri Nəcib Mikati ilə birgə mətbuat konfransında çıxış edən Türkiyə dövlətinin başçısı qeyd edib ki, Suriya böhranı fonunda bütün region 13 ildir çətin vəziyyətdədir.

 

“Bu gün Suriya tarixində yeni bir dövr açılıb. Bu ölkədəki sabitlik bütün regionun sabitliyinə bərabərdir. Bütün tərəflər bu prosesə maksimal dəstək verməlidir”, - deyə o vurğulayıb.

 

Dövlət başçısı Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunub saxlanmasının vacibliyini vurğulayıb və Türkiyənin bundan sonra da bu ölkənin xalqını dəstəkləyəcəyinə əmin edib.

 

Siyasətçi həmçinin Suriyanın yenidən qurulmasında dəstəyi “qonşu ölkələrin borcu” adlandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi