Modern.az

Putin Zelenski ilə danışıqlar üçün şərtini AÇIQLADI

Putin Zelenski ilə danışıqlar üçün şərtini AÇIQLADI

19 Dekabr 2024, 16:09

Rusiya Ukrayna ilə bağlı ilkin şərt olmadan, lakin İstanbul razılaşmaları və reallıqlar əsasında dialoq aparmağa hazırdır.

Modern.az-ın məlumatına görə, bunu Prezident Vladimir Putin illik mətbuat konfrasında bildirib.

O, vurğulayıb ki, Kreml Ukraynanın istənilən nümayəndəsi, o cümlədən Volodimir Zelenski seçkiyə gedib legitimlik qazanarsa, onunla danışıqlara hazırdır. Kreml müqavilələri yalnız qanuni hakimiyyətlərlə imzalayacaq.

Putin qeyd edib ki, Rusiyanın şərtlər əvvəllər, o cümlədən iyun ayında Rusiya Xarici İşlər Nazirliyindəki çıxışında açıqlanıb. “Əgər kimsə seçkiyə getsə, legitimlik qazanacaq... İstənilən şəxslə danışacağıq. O cümlədən Zelenski ilə. Biz sadəcə olaraq qanuni olanlarla imzalaya bilərik. Rada və Rada sədri legitimdir”, - deyə Putin bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi