Modern.az

3 gün öncə itən təyyarə TAPILDI

3 gün öncə itən təyyarə TAPILDI

22 Dekabr 2024, 09:40

Rusiyanın Kamçatka diyarında üç gün öncə radarlardan itmiş An-2 təyyarəsi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə regionun fövqəladə hallar naziri Sergey Lebedev sosial şəbəkədə bildirib.

 

Onun sözlərinə görə, hava gəmisinin göyərtəsində olan hər kəs sağdır. Onlar Mi-8 helikopteri ilə ərazidən təxliyə ediliblər.

 

Xatırladaq ki, dekabrın 19-da Lebedev yükdaşıma həyata keçirən An-2 təyyarəsinin radarlardan yoxa çıxdığını elan etmişdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!