Modern.az

İki alpinist itkin düşdü

İki alpinist itkin düşdü

23 Dekabr 2024, 23:48

İtaliyanın Qran Sasso dağında itkin düşən iki alpinistin axtarışı əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.

 

Modern.az xəbər verir ki, xilasetmə qrupları bölgədə qar və güclü külək səbəbindən hava şəraitinin getdikcə pisləşdiyini və axtarışların dayandırıldığını açıqlayıb. Bildirilir ki, hava şəraiti normallaşdıqda və xilasedicilərin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi mümkün olanda axtarışlar bərpa ediləcək.

 

Qeyd edək ki, Apennin dağlarındakı Qran Sasso zirvəsinə qalxan iki alpinist ötən gün itkin düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi