Türkiyə İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanmasına dəstək verməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Rusiya yerlərdəki vəziyyəti nəzərə alaraq, İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır.
Xatırladaq ki, 2022-ci ildə Rusiyanın Ukraynada müharibətə başlamasından bir ay sonra, martda tərəflər arasında danışıqların ilk raundu İstanbulda baş tutub.