Modern.az

Paşinyan Rusiyaya getməmək üçün bəhanə TAPDI

Paşinyan Rusiyaya getməmək üçün bəhanə TAPDI

25 Dekabr 2024, 07:51

Ermənistanın baş naziri Nikol Paşinyanda koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, baş nazir bu barədə feysbukdakı səhifəsində yazıb.

 

“Bazar ertəsi, dekabrın 23-də COVID-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.

Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.

Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün Kremlin mətbuat katibi Rusiya Prezidenti Vladimir Putinin Paşinyanla ikitərəfli görüş keçirməyəcəyəni bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi