Astana sakinləri Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarının (AZAL) "Embraer 190" təyyarəsinin qəzası zamanı həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycan səfirliyinin qarşısına gül dəstələri gətirirlər.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.
Bildirilir ki, Qazaxıstan paytaxtının sakinləri həlak olanların yaxınlarına dəstəklərini də ifadə ediblər.