Modern.az

Qəza yerindən daha bir "qara qutu" TAPILDI

Qəza yerindən daha bir "qara qutu" TAPILDI

Dünya

26 Dekabr 2024, 19:54

Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən daha bir "qara qutu" tapıb.

 

Modern az xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev bildirib.

 

“Hadisə yerinə baxış zamanı 2 ədəd registrator aşkar edilib və onlar Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Sonradan onlara tam şəkildə baxılacaq”, - Ordabayev qeyd edib.

 

O, təyyarənin qəzaya uğradığı yerdə aparılan işlərdən də danışıb:

 

“Biz zərərçəkənləri və yerüstü xidmət işçilərini dindirdik. Bütün şahidləri də müəyyən edirik. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. Ərazi polis qüvvələri tərəfindən qorunur”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi