Modern.az

Lukaşenko və Paşinyan söz davasına çıxdı - VİDEO

Lukaşenko və Paşinyan söz davasına çıxdı - VİDEO

Dünya

26 Dekabr 2024, 22:34

Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı növbəti görüşdə Ermənistan nümayəndə heyətinin iştirak formatı barədə mübahisə yaranıb.

 

Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko mübahisə ediblər.

 

Söz davası Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Aİİ Şurasının növbəti iclasında onlayn formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.

 

“Sizin probleminiz nədir? Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur? Lazım gələrsə, nümayəndə heyətinizin çatdırılmasını təşkil edəcəyik”, - Lukaşenko bildirib.

 

Paşinyan cavab verib ki, bu məsələ ilə bağlı artıq ictimaiyyətə açıqlama verib və bu açıqlama qüvvədə qalır:

 

“Düşünürəm ki, bu, məsələləri müzakirə etmək üçün düzgün format deyil”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi